ADY Bakı-Ağstafa və əks istiqamətdə əlavə qatar reysləri təyin edib Cəmiyyət

ADY Bakı-Ağstafa və əks istiqamətdə əlavə qatar reysləri təyin edib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa və əks istiqamətdə əlavə qatar reysləri təyin edib.

"APA-Economics" bu barədə QSC-yə istinadən xəbər verir. Məlumata görə, sərnişin tələbatını təmin etmək məqsədilə 13 sentyabrda Bakı-Ağstafa, 14 sentyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Hərəkət cədvəli və biletlərlə bağlı məlumat ADY-nin rəsmi saytı (www.ady.az), “ADY Mobile” tətbiqi, dəmiryol kassaları, eləcə də 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edilə bilər.