Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb, bayraq endirilib Hadisə

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb, bayraq endirilib

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb, bayraq endirilib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında paylaşım edib.

Diplomat bildirib ki, Rusiya ordusunun Donetsk vilayətinin Yarova qəsəbəsində mülki əhalini hədəf alması nəticəsində 20-dən çox dinc sakin həlak olub.

Bununla bağlı Ukraynanın bütün səfirliklərində və konsulluqlarında bayraqlar endirilir, matəm kitabları açılır.