

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“İranın Ermənistandakı səfiri Mehdi Sobhani Zəngəzur dəhlizi ilə bağlı açıqlaması ilə yenidən gündəmə gəlib. Onun “dəhliz adlı heç nə mövcud deyil, söhbət sadəcə yoldan gedir” sözləri Tehranın bu məsələdə mövqeyini bir daha ortaya qoydu. Azərbaycan isə əksinə, “dəhliz” anlayışını 10 noyabr bəyanatından sonra formalaşan yeni regional reallığın tərkib hissəsi kimi qəbul edir və beynəlxalq platformalarda bunu açıq şəkildə vurğulayır”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Politoloq vurğulayıb ki, Sobhaninin çıxışı təkcə diplomatik mövqe deyil, həm də onun Ermənistanda fəaliyyət göstərdiyi illərdə ardıcıl davam etdirdiyi anti-Azərbaycan ritorikasının davamıdır: “Bu mövqe bir tərəfdən, rəsmi İrəvana dəstək kimi çıxış edir, digər tərəfdən isə Bakıya təzyiq mesajı göndərmək məqsədi daşıyır. İranın belə bir sərt mövqe tutması regionda sülh gündəminə mane olur və Tehranın balanslı oyunçu imicinə zərbə vurur”.
Röya İsrafilova