Son 7 ayda cərimələnən klinikaların sayı və cərimə səbəbləri məlum olub Cəmiyyət

Son 7 ayda cərimələnən klinikaların sayı və cərimə səbəbləri məlum olub

Bu ilin son yeddi ayında 57 klinika cərimələnib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cərimələrin səbəbi Lisenziyadan kənar fəaliyyət, sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma, dövlət qeydiyyatında olmayan dərman vasitəsi aşkar edilməsi, lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma, müəssisə rəhbəri yoxlamaya şərait yaratmadığı üçün plandankənar yoxlamanın keçirilməsi mümkün olmamasıdır.

"Lisenziyasız fəaliyyət göstərən 1 klinikanın bir filialı, 2 klinikanın stasionardan əməliyyat şöbəsi bağlanıb", - məlumatda qeyd olunub.

AEM vətəndaşlara özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat vermələrini məsləhət görüb:

“Bir pəncərə” sektoru

Qaynar xətt: (012) 596 05 20

Elektron poçt: [email protected]

Veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi)