NATO Polşaya PUA-larla mübarizədə kömək edib Dünya

NATO Polşaya PUA-larla mübarizədə kömək edib

NATO-nun hava hücumundan müdafiə sistemi Polşanın hava məkanında pilotsuz təyyarələrə qarşı mübarizə aparmağa kömək edib.

Bu barədə NATO-nun sözçüsü Allison Hart X-də yazıb.

"Gecə boyu çoxlu sayda pilotsuz təyyarə Polşanın hava məkanına daxil olub və Polşa - NATO hava hücumundan müdafiə qüvvələri ilə qarşılaşıb", - NATO-nun sözçüsü qeyd edib.

O bildirib ki, NATO Baş katibi Mark Rutte Polşa rəhbərliyi ilə daimi əlaqə saxlayır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.

Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.