

9 Sentyabr 17:13
9 Sentyabr 16:30
9 Sentyabr 14:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyənin FIFA dərəcəli keçmiş hakimi Cüneyt Çakır "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirəcəyi oyuna təyinat alıb.
AZƏRTAC xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi Ağdam klubunun Portuqaliyada "Benfika"ya qarşı oynayacağı matçın hakim-inspektoru olacaq.
O, ötən mövsüm Azərbaycan çempionunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirdiyi matçda da eyni funksiyasını yerinə yetirmişdi.
Qeyd edək ki, sentyabrın 16-da Lissabonda təşkil ediləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.