

Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin iclası keçiriləcək
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir
Orban: Macarıstanda keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıq tam sürətlə gedir
Avstriya Tehrandan Bakıya köçürülən səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Bu gün Azərbaycanın zəmanət portfelinin dəyəri 10,7 milyard manatdır.
"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.
Onun sözlərinə görə, bu ölkənin ümumi daxili məhsulunun (ÜDM) 8,2 %-ni təşkil edir və bütün meyarlara uyğun olaraq kifayət qədər aşağı göstəricidir: "Nəzərə alaq ki, zəmanətin böyük hissəsi bizim bir iri layihəmizə - Cənub Qaz Kəməri üzrə tikilən infrastrukturun maliyyələşdirilməsi üçün cəlb edilmiş xarici kreditlərə verilib. Bununla yanaşı, daxili kreditlərə də dövlət zəmanəti vermişik. Bu, əsasən, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətini dəstəklənməsi üçün cəlb edilən kreditlərə verilən dövlət zəmanətləridir. Bundan başqa, COVİD-19 pandemiyası vaxtında sahibkarlıq subyektlərinə dəstək vermək üçün onların kreditlərinin bir hissəsini dövlət zəmanəti ilə təmin etmişdik".