

17 Oktyabr 18:26
17 Oktyabr 16:55
17 Oktyabr 16:25
Gələn il üçün "Azəristiliktəchizat" ASC-yə dövlətin ayırdığı subsidiyaların 13 milyon manat azaldılması proqnozlaşdırılır.
Bunu "Report"a müsahibəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, ötən il səhmdar cəmiyyətinə dövlət büdcəsindən 46 milyon manat subsidiya ayrılıb: "Yeni tariflərin tətbiqi nəzərə alınmaqla 2026-cı il üçün bu məbləğin 28 % azaldılması proqnozlaşdırılır".
Sədr qeyd edib ki, 2024-cü ilin yekunlarına əsasən, yığım səviyyəsi təxminən 85 % təşkil edib: "Əlbəttə, ideal göstərici 100 % olmalıdır, lakin sosial baxımdan həssas olan təbəqələrin imkanları nəzərə alındıqda 85 %-lik nəticə qənaətbəxş hesab olunur. Nəzərə alaq ki, bizdə fərdi qaydada istiliyi kəsmək imkanı yoxdur. Uzun müddət ödəniş etməkdən imtina edən abonentlərlə bağlı yalnız qanunvericilikdə nəzərdə tutulduğu kimi məhkəmələrə müraciət edə bilirik".
İ. Mirzəliyev onu da deyib ki, istilik təchizatı sahəsi müəyyən qədər subsidiya hesabına maliyyələşdirilir: "Yeni tariflərin tətbiqi və tarif dəyişikliyi gəlirlərimizin qismən artmasına şərait yaradacaq. Bu artımın əsas məqsədi əlavə gəlir toplamaq deyil, dövlət büdcəsindən asılılığın azaldılmasıdır. Yəni, "Azəristiliktəchizat"ın əsas hədəfi subsidiyaları minimuma endirmək və maliyyə dayanıqlığını təmin etməkdir. Qənaət edilən subsidiya məbləğini isə artıq dövlət təhsil, səhiyyə, sosial təminat və s. kimi digər əhəmiyyətli sahələrə, o cümlədən istismar müddəti başa çatmış qazanxanaları yeni istilik mənbələri ilə əvəzlənməsinə yönləndirə bilər. Bu isə, öz növbəsində istilik təchizatında xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.