Alzheimer və Xərçəng müalicəsində yeni ümid Gündəm

Alzheimer və Xərçəng müalicəsində yeni ümid

ABŞ-dakı Virciniya Universitetinin biotibbi mühəndisi Prof. Richard J. Price fokuslanmış ultrasəs texnologiyasının xərçəng, Alzheimer və nadir nevroloji xəstəliklərin müalicəsində inqilab yarada biləcəyini söylədi.

Xalqcebhesi.az-ın məlumatına görə, tədqiqatlar göstərir ki, insan qulağı tərəfindən eşidilə bilməyən yüksək tezlikli səs dalğaları (fokuslanmış ultrasəs) Alzheimer, xərçəng və bəzi nadir xəstəliklərin müalicəsində irəliləyişlərə səbəb ola bilər. Hazırda diaqnostika və görüntüləmə məqsədləri üçün istifadə olunan ultrasəs texnologiyası indi birbaşa müalicə üsuluna çevrilir.
Prof. Richard J. Price fokuslanmış ultrasəs üzərində işləyən biotibbi mühəndisdir. “Bu texnologiyanın ən maraqlı tərəfləri arasında dərmanların beyinə ötürülməsini artırmaq, xərçəngə qarşı immunitet sistemini stimullaşdırmaq və nadir xəstəliklərin müalicəsi daxildir” deyən Prays metodun potensialını vurğulayır.

Qan-beyin bariyerini açır

Fokuslanmış ultrasəs müvəqqəti olaraq qan-beyin baryerini açır, dərmanların və gen terapiyasının birbaşa beyinə çatmasına imkan verir. Bu yolla glioblastoma, Alzheimer və beyin metastazları kimi xəstəliklərdə dərmanların effektivliyi artırıla bilər. Bundan əlavə, xərçəng hüceyrələrini parçalayaraq immunitet sistemini işə salan bu üsul, xüsusilə klassik müalicələrə davamlı olan şişlər üçün ümidvericidir. ABŞ-ın Virciniya Universiteti dünyada ilk “Focused Ultrasəs İmmuno-onkologiya Mərkəzi”ni yaradaraq innovativ müalicə tədqiqatlarına başlayıb.

Məryəm Quliyeva