Ermənistanın gələn il üçün büdcəsində Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayrılmayıb İqtisadiyyat

Ermənistanın gələn il üçün büdcəsində Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayrılmayıb

Ermənistanın 2026-cı il dövlət büdcəsi layihəsində Yerasx (Arazdəyən) qəsəbəsindən Naxçıvanla sərhədə qədər dəmir yolu xəttinin təmiri üçün vəsait nəzərdə tutulmayıb.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan parlament komissiyalarının iclasında rəhbəri olduğu qurumun büdcə təkliflərini təqdim edərkən bildirib.

Deputatların suallarını cavablandıran nazir bildirib ki, regionda nəqliyyat yollarının mümkün açılması üçün dəmir yolu infrastrukturunun hazırlanmasının maliyyələşdirilməsi nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, Meğri regionunda infrastrukturun idarə olunması üzrə ABŞ-la əməkdaşlığın əlaqələndirilməsi məsələləri Baş nazirin müavini Mger Qriqoryanın aparatı tərəfindən idarə olunur.