Azərbaycanın qızıl ixracı 2 dəfə artıb İqtisadiyyat

Azərbaycanın qızıl ixracı 2 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 238 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2024-cü ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 115,3 mln. dollar təşkil edib. Beləliklə, 2025-ci ildə qızıl ixracı 2,1 dəfə artıb.

Qeyd edək ki, təkcə sentyabr ayında Azərbaycan xaricə 27,8 mln. dollarlıq qızıl tədarük edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,7% çoxdur.