12:23
588
Türkiyə beynəlxalq qaz mərkəzinin yaradılması istiqamətində doğru yolda irəliləyir.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
“Türkiyəyə daxil olan rəqabətqabiliyyətli qazın həcmi və ətrafımızdakı ixrac imkanları artdıqca, mən düşünürəm ki, biz bu qaz mərkəzini avtomatik olaraq qururuq”, - nazir bildirib.
Alparslan Bayraktar Türkiyə qaz bazarının həcmini və imkanlarını vurğulayıb:
“Bizim böyük bazarımız var, əhəmiyyətli imkanlarımız mövcuddur və biz Türkiyəyə ildə 7 milyarddan 70–80 milyard kubmetrədək qaz tədarük edə bilərik. […] Biz vəziyyəti izləyirik və Enerji Birjasını (EPİAŞ) İstanbul maliyyə mərkəzinə köçürmüşük”.
Alparslan Bayraktarın sözlərinə görə, Türkiyə qazı 14 istiqamətdən idxal olunur, o cümlədən Azərbaycan, Rusiya və İrandan gələn qaz kəmərləri vasitəsilə.