Təxribatın törədilmə üsullarına süni intellekt texnologiyalarından istifadə halları da daxil edilir
Ceyhun Bayramov Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi ilə görüşüb
İran ballistik raketlərlə ABŞ gəmilərini vurduğunu iddia edir
Zelenski: Ukrayna Körfəz ölkələrindən birinə dəniz dronları tədarük edəcək
30 Yanvar 14:04
2 478
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 109 milyon 939,27 min ABŞ dolları dəyərində 128 min 437,73 ton "Premium Euro-95" markalı benzin idxal edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, yanacaq idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəmiyyət baxımından 1,7 dəfə, dəyər ifadəsində isə 52,8 % artıb.
İdxalın strukturunda 63 milyon 918,19 min ABŞ dolları (+4,4 dəfə) dəyərində 74 min 624,16 ton (+4,8 dəfə) benzin və ya bütün tədarükün 58,1 %-i Rusiyanın payına düşüb.
TOP-3 təchizatçı ölkələr sırasında həmçinin Birləşmiş Ərəb Əmirlikləri - 18 milyon 474,02 min ABŞ dolları dəyərində 21 min 190,61 ton, Rumıniya - 11 milyon 443,2 min ABŞ dolları dəyərində 13 min 367,73 ton ilə yer alıb.
Tədarükün qalan həcmi aşağıdakı ölkələrin payına düşüb: Belarus - 9 milyon 883,38 min ABŞ dolları dəyərində 12 min 52,5 ton, Bolqarıstan - 2 milyon 993,41 min ABŞ dolları dəyərində 3 min 457,7 ton, Gürcüstan - 1 milyon 224,25 min ABŞ dolları dəyərində 1 min 499,08 ton və Yunanıstan - 2 milyon 2,82 min ABŞ dolları dəyərində 2 min 245,95 ton.
Yunanıstandan idxal noyabr ayında başlayıb.