14:37
777
Cənub Qaz Dəhlizi (CQD) Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib və Azərbaycan qarşıdakı illərdə qaz tədarükünü daha da artırmaq potensialına malikdir.
Bunu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
"Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji infrastruktur layihələrindən biridir. Layihə güclü siyasi iradə, tərəfdaşlar arasında koordinasiya və ortaq strateji baxış əsasında reallaşdırılıb", - Vitali Bəylərbəyi qeyd edib.
Onun sözlərinə görə, 2026-cı il fevralın 1-nə qədər CQD vasitəsilə ümumilikdə təxminən 91,4 milyard kubmetr qaz nəql olunub. Bunun 55 milyard kubmetrdən çoxu Avropa ölkələrinə çatdırılıb.
Vitaliy Bəylərbəyi bildirib ki, 2025-ci ildə Avropa istehlakçılarına təxminən 7 milyard kubmetr qaz ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə təxminən 60% artım deməkdir. Hazırda Azərbaycan qazı 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzv dövlətinə tədarük olunur.
O bildirib ki, “Şahdəniz” yatağı CQD-nin əsas mənbəyidir və istismara verildiyi vaxtdan 2026-cı ilin fevralınadək 267 milyard kubmetr qaz və 52,7 milyon ton kondensat hasil olunub. Təkcə ötən il yataqdan 27,4 milyard kubmetr qaz və 3,8 milyon ton kondensat çıxarılıb.
15:51
301
15:41
406
15:41
357