FED rəhbərinin açıqlamaları dolları bahalaşdırıb İqtisadiyyat

FED rəhbərinin açıqlamaları dolları bahalaşdırıb

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin (Jerome Powell) Senat və Konqressdəki bugünkü çıxışının mətni açıqlanıb.
Açıqlamalarda Cerom Pauel ABŞ iqtisadiyyatının güclü olduğunu və uçot dərəcəsinin mərhələli şəkildə artırılacağını bildirib.
O, həmçinin, maliyyə bazarlarında volatilliyə baxmayaraq mövcud şərtlərin faizlərin artmasına dəstək verdiyini bildirib. FED rəhbəri Federal Açıq Bazar Komitəsinin (FOMC) maliyyə bazarlarında riskləri tarazlıq vəziyyətində qiymətləndirdiyini də bildirib.
Cerom Pauel müsbət işgüzar əhval-ruhiyyənin investisiyaları artıracağını, xarici tələbin güclü olduğunu və büdcə-vergi siyasətinin daha da stimullaşdırıcı olmağa başladığını qeyd edib. Onun sözlərinə görə, əmək bazarının güclənməsi, ev təsərrüfatlarının gəlirlərinin artmasına, məcmu xərclərin yüksəlməsinə səbəb olur.
Maliyyə bazarları FED rəhbərinin çıxışını dolların məzənnəsi baxımından müsbət qiymətləndirib. Amerika valyutası bahalaşmağa başlayıb. Əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,23-dən aşağı düşüb.