Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Premium Euro-95” benzinin qiyməti qalxıb

“Premium Euro-95” benzinin qiyməti qalxıb İqtisadiyyat

“Premium Euro-95” benzinin qiyməti qalxıb

Tərlan

Azərbaycanda "Premium Euro-95" markalı benzinin qiyməti artıb. APA-nın məlumatına görə, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub. Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən verilən məlumata görə, qiymət artımı dünəndən etibarən baş verib. "Lukoyl Azərbaycan" şirkətindən bildirilib ki, "Premium Euro-95" markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: "Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib".
"Azpetrol" şirkətindən "APA-Economics"ə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: "Azərbaycanda yalnız iki şirkət - "SOCAR Petroleum" və "Azpetrol" "Premium Euro-95" markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. "Azpetrol" adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım "Premium Euro-95" markalı benzinin satış qiymətinə təsirini göstərib".
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev "APA-Economics"ə açıqlamasında bildirib ki, şirkət "Premium Euro-95" markalı benzinin satış qiymətinin artırılması ilə bağlı heç bir şirkətə tövsiyə verməyib. "Bir şirkətin başqa bir şirkətə bu istiqamətdə tövsiyə verməsi o qədər də inandırıcı deyil", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Əslində Azərbaycanda istehsal olunan benzin "Euro-4" standartına da uyğun gəlmir. Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da demişdi. O xatırladıb ki, ölkəmizdə yalnız "Aİ-92" markalı benzin istehsal olunur: "Artıq ölkə KİV-lərində də bununla bağlı gedən informasiyalarda ciddi narazılıqların olduğunu görürük. Məsələn, bildirirlər ki, "Premium" markalı benzin alırıq, amma çox çəkmədən avtomobilin motorunda problemlər yaranır. Təbii ki, problemlər olacaq. Çünki həmin avtomobil bu markaya uyğun gəlmir və başqa parametrlərə uyğun olduğu üçün digər markalı benzində istifadə olunmalıdır".
Azərbaycana idxal olunan yanacağın isə təmiz və yüksək səviyyəli benzin olduğunu deyən R.Həsənov bəzi sürücülərin məntəqələrdə benzin doldurulan zaman aldanmaları və digər problemlərə də aydınlıq gətirib. Komitə sədri bununla bağlı bir neçə dəfə monitorinq keçirdiklərini, hələlik bununla bağlı problemlə qarşılaşmadıqlarını demişdi: "Bəzi hallarda isə sürücülərin özləri avtomobillərini normadan da artıq benzinlə doldurulmasını tələb edirlər. Bu da sonda qeyd etdiyimiz problemlərin ortaya çıxmasına səbəb olur. Ancaq 10 litr əvəzinə 7 litr benzinin vurulması ilə bağlı məlumat almamışıq. Düzdür, bəzi benzin aparatlarında müəyyən problemlər yaranır və həmin məntəqənin rəhbərliyi dərhal bu barədə bizə müraciət edirlər. Mütəxəssislərimiz də həmin məntəqəyə gedərək, problemi dərhal aradan qaldırırlar".
R.Həsənov deyib ki, Bakıda yanacaqdoldurma məntəqələrinin sayı çox olduğu üçün, komitənin mütəxəssislərinin hər gün bu məntəqələrdə yoxlama aparmaları qeyri-mümkündür: "Buna görə də bu məntəqələrin rəhbərləri qanunvericiliyə uyğun olaraq, hər gün yoxlama aparmalı və problem olduğu təqdirdə bizə məlumat verməlidirlər. Onlar da bizə mütəmadi məlumat vermədikləri üçün cərimələmək məcburiyyətində qalırıq".
Əslində neft məhsullarının emalı xammal ixracından da gəlirli, perspektivli və rəqabət qabiliyyətlidir. Amma son illər modrnləşdirmə aparılmadığından ölkədaxili yanacaq bazarında məhsulun keyfiyyəti məsələsi ciddi problemə çevrilib. Hətta Azərbaycanda istehsal olunan benzinin və maye qazın keyfiyyəti də çox aşağıdır. Baş ofisi Amerikanın Texas ştatında yerləşən Beynəlxalq Yanacaq Keyfiyyətli Mərkəzi (IFQC) 2011-ci ildə 100 ölkə arasında benzinin keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı apardığı araşdırmaların nəticələrinə görə, Azərbaycan 100 ölkə arasında 89-cu yeri tutur. Növbəti sırada, 90-cı yerdə 4 ölkə - Qazaxıstan, Tacikistan, Türkmənistan və Şri-Lanka qərarlaşıb. Reytinq cədvəlində birinci yerdə Almaniyanın, ikinci Yaponiyanın adı gəlir. Üçüncü yeri isə 6 ölkə (Avstriya, Macarıstan, Danimarka, Finlandiya, İsveç və Estoniya) bölüşdürür. Dünyanın iki nəhəng dövləti olan Amerika və Rusiya bu sıralamada müvafiq olaraq 44-cü və 84-cü yerdə qərarlaşıb. Reytinq cədvəlinə görə Amerika bu sırada 35, Rusiya və Kanada 34, Özbəkistan 30, Azərbaycan isə 27 mövqe geriləyib.
Bir qədər əvvəl Bakıda keçirilən Azərbaycan və Çexiya hökumətləri arasında qarışıq komissiyanın iclasında ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov deyib ki, "Azərbaycan özü 2023-cü ilə qədər Bakıda yeni neft-qaz müəssisələrinin tikintisinə başlayacaq. Çexiya neft-qaz avadanlıqlarının istehsalçısıdır. Bu gün Azərbaycan Çexiyadan bu cür avadanlıqlar alır. Buna görə də biz Çexiya şirkətlərini bu yeni müəssisələrin tikintisində və burada quraşdırılacaq neft-qaz avadanlıqlarının da yaxından iştirak edə bilərlər".
Bu isə o deməkdir ki, ARDHŞ yeni neftayırma zavodlarının tikintisinə tezliklə başlamaq fikrində deyil, daha çox mövcud zavodların modernləşdirilməsinə maraq göstərir. Çünki əvvəllər yeni neftayırma zavodunun tikintisinə 2018-ci ildə başlanılacağı deyilirdi, indi isə söhbət 2023-cü ildən gedir.
Hər halda Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində "Euro-3", "Euro-4" və "Euro-5" standartlarına keçidin sürətləndirilməsinə dair tədbirlərin icrası ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) emal müəssisələrində mühüm işlər görülür. ARDNŞ-dən verilən məlumata görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində mövcud texnoloji qurğularının modernləşdirilməsi, istehsal gücünün artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş layihələrin icrası sürətləndirilib və bir neçə layihənin icrasına start verilib.