FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO İdman

FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO

20-24 oktyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Nazirliyin qurumları arasında voleybol üzrə çempionata yekun vurulub.

Nazirlikdən verilən xəbərə görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 12 komandasından 140-a yaxın əməkdaş iştirak edib. Çempionatın baş hakimi Elçin Orucov olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra açılışda çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev “Konstitusiya və suverenlik ili” ilə bağlı silsilə idman tədbirlərinin davamı olaraq voleybol yarışının keçirilməsindən, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, beş gün davam edən çempionatda 3-cü yer uğrunda keçirilən görüşdə Dövlət Yanğından Mühafizə Xİdmətinin komandası Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb.

Finalda isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandası ilə Mülki müdafiə qoşunlarının komandası qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn TTNDA-nın komandası yarışın çempionu adına yiyələnib.

Çempionatın veteran oyunçusu Qəzənfər Sultanov (“İzotop” xüsusi kombinatı), əzmkar komandası isə XRXX-nın komandası olub.

Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Cəlil Cəlilov, Elçin Orucov və Asif Əliyev, göstərdikləri tibbi xidmətlərə görə isə FHN-in Tibb Xidmətinin əməkdaşları fəxri fərmanla təltif olunublar.

FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO FHN-in qurumları arasında voleybol çempionatı keçirilib - FOTO