
Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2014-cü ilin yanvar ayı üzrə 1,17 bənd təşkil edib. "APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu da 2013-cü ilin yekun göstəricisinə nisbətən 0,26 bəndi azdır:
Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Bu nisbət əsas iki xərc ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirlərin hissəsini göstərir.