TANAP vasitəsi ilə Türkiyəyə nəql edilən Azərbaycan qazının həcmi illik 6 mlrd. kubmetrə çatdırılacaq İqtisadiyyat

TANAP vasitəsi ilə Türkiyəyə nəql edilən Azərbaycan qazının həcmi illik 6 mlrd. kubmetrə çatdırılacaq

TANAP vasitəsi ilə Türkiyəyə nəql edilən Azərbaycan qazının həcmi illik 6 milyard kubmetrə çatdırılacaq.
Bu barədə Trans-Anadolu qaz kəmərinin (TANAP) baş direktoru Saltuk Düzyol Anadolu xəbər agentliyinə müsahibəsində deyib. Bildirib ki, bundan sonrakı mərhələdə TANAP vasitəsi ilə Azərbaycandan Türkiyəyə illik qaz nəqli 6 milyard kubmetr səviyyəsində saxlanılacaq.
"Ticari əməliyyatımızın ikinci ilinin tamam olacağı 30 iyun 2020-ci il tarixində Azərbaycandan Türkiyəyə TANAP ilə nəql etdiyimiz qazın ümumi həcmi 6 milyard kubmetrə çatacaq. Bundan sonrakı dönəmdə TANAP vasitəsi ilə Azərbaycandan Türkiyəyə nəql edilən təbii qazın həcmi illik 6 milyard kubmetr bazasında nəql ediləcək”
S. Düzyol qeyd edib ki,TANAP layihəsi Türkiyə və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın önəmli nümunələrindədnr. Qeyd edib ki, layihə Avropa Birliyi və qlobal enerji geopolitikası baxımından strateji dəyərə sahib yeni bir qaz dəyər zəncirinin ən önəmli halqasını təşkil edir.
S. Düzyol TANAP layihəsinin daşıdığı təbii qazın miqdarı ilə Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü, Avropa Birliyinin yeni qaz tədarükçüsü mövqeyinə gətirdiyini qeyd edib.