Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
9 İyul 2020 16:40
2 737
Bu platformanın yaradılması mürəkkəb iqtisadi şəraitdə biznesin maliyyə resurslarına əlçatanlığının təmin edilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
İqtisadçı ekspert Elşad Məmmədov yeni elektron resursun iqtisadiyyata investisiyaların yönəldilməsinin çevikliyinə xidmət etdiyini vurğulayıb: “Hazırda ölkə iqtisadiyyatının dayanıqlı inkişafı nöqteyi-nəzərindən, əsas problemlərdən biri biznesin kreditə və bütövlükdə maliyyə resurslarına əlçatanlığı ilə bağlıdır. Bu, qoyulan investisiyaların həcmində də özünü göstərir. İnvestisiyalar iqtisadi inkişafın mühərriki rolunda çıxış edir. Ona görə də Elektron Kredit Platformasının yaradılması kreditləşmə prosesinin, iqtisadiyyata investisiyaların daxil olmasının çevikliyini, sürətliliyini təmin edir”.
Ekspert qeyd edib ki, Elektron Kredit Platforması sahibkarın şəffaf, çevik, məmur mudaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit alması məqsədi daşıyır və sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir: “Dövlət dəstəyinin elektron platforma üzərindən həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur. Bu platforma sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılmasına, kredit sifarişlərinə qısa zaman ərzində baxılmasına, müraciətlərin operativ şəkildə qəbuluna, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılmasına, qərarların sahibkarlara çatdırılmasına imkan yaradır.
Kreditləşmə daha çox bank sektoru ilə bağlıdır. İqtisadiyyat Nazirliyinin funksionallığına daxil olan istiqamətlərdə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə kreditləşmənin reallaşdırılmasında biznes mühiti üçün kifayət qədər böyük imkanlar yaradılıb. Ölkə Prezidentinin tapşırığı ilə həyata keçirilən antiböhran tədbirlərinə nəzər salsaq görərik ki, biznesin ciddi şəkildə subsidiyalaşdırılması prosesi məhz Sahibkarlığın İnkişafı Fondu vasitəsilə reallaşdırılır. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin sahibkarların maliyyə resurslarına çıxışı, investisiya axınlarının intensivləşdirilməsi baxımından biznesə dəstəyi təqdirəlayiqdir”.
16 May 10:37
1 694
15 May 17:25
1 813
15 May 15:45
1 820