“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
5 Noyabr 2020 10:56
2 380
Noyabrın 5-də Gürcüstan larisinin Azərbaycan manatına qarşı məzənnəsi təxminən beşillik minimuma enərək 0,5088 manat təşkil edib.
"APA-Economics"in Gürcüstan Mərkəzi Bankının göstəricilərinə istinadən verdiyi məlumata görə, larinin məzənnəsi sonuncu dəfə bu səviyyədən aşağı 2015-ci ilin dekabr ayının 19-da olub. Sözügedən tarixdə 1 lari 0,4372 manata bərabər idi.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 2-də Rusiya rublunun manata qarşı məzənnəsi yeddiaylıq minimuma enərək 0,0213 manat təşkil etmişdi.
Xatırladaq ki, Gürcüstanın milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi noyabrın 3-dən etibarən yenidən sürətlə enməyə başlayıb. Həmin gün 1 dolların dəyəri 3,2750 lariyə, bir gün öncə – 3,2438 lariyə, bir həftə əvvəl isə 3,21 lariyə bərabər idi. Gürcüstan Milli Bankı larini qorumaq məqsədilə noyabrın 2-də valyuta hərracında 60 mln. dollar satışa çıxarıb. Bu, bazar tənzimləyicisinin cari il ərzində sayca 21-ci və ən irihəcmli xarici valyuta satışı olub. Ümumilikdə, Gürcüstan Milli Bankı 2020-ci ildə ehtiyatlarından 709,650 mln. dollar satıb.
19 Mart 17:53
2 086
19 Mart 16:15
987
19 Mart 13:47
1 008