Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 12-də 56,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 56,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 56,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,14 dollar/barel çoxdur.