Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
20 Aprel 2021 11:50
4 095
Enerji sənayesində geniş fəaliyyət göstərən Nobel Oil Services şirkətlər qrupunun Direktorlar Şurasına yeni üzvlər təyin edilib. Qərara əsasən, cənab James (Jim) Cowie və cənab Richard Duff şirkətin Direktorlar Şurasının tərkibinə daxil olublar.
Enerji sektorunda 40 ildən çox zəngin təcrübəyə malik olan cənab Cowie 20 il ərzində BP şirkətində yüksək vəzifələrdə çalışıb. Son illərdə, BP-nin Qlobal Quyu Əməliyyatları üzrə Vitse-Prezidenti, öncə isə Azərbaycan, Gürcüstan və Türkiyə regionu, eləcə də Böyük Britaniya və Norveç (Şimal Dənizində) Quyu Əməliyyatları üzrə Vitse-Prezidenti vəzifələrində işləyib.
Cənab Duff isə Böyük Britaniya, ABŞ və Yaxın Şərq ölkələrində enerji sənayesində 30 illik iş təcrübəsinə malikdir, həmçinin 17 il ərzində qlobal enerji sənayesində aparıcı mühəndislik şirkətləri sırasında olan Böyük Britaniyanın Wood Group şirkətində Strateji Layihələr üzrə Prezident və digər vəzifələrdə çalışıb.
Direktorlar Şurasında əvvəlki illərdə təmsil olunaraq şirkətin fəaliyyətinə töhfə vermiş Eamon Gorman vəzifəsini tərk etmişdir. Qeyd olunanlar istisna olmaqla, Nobel Oil Services şirkətlər qrupunun rəhbərliyinin tərkibi dəyişməz qalır.
Nobel Oil Services enerji sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur və NEQSOL Holding-in tərkibinə daxildir. Nobel Oil Services qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, təchizat və digər xidmətlər göstərir.
15 Sentyabr 15:45
868
15 Sentyabr 12:11
882
15 Sentyabr 12:10
861