Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
9 İyul 2021 14:13
8 071
2021-ci ilin birinci rübündə Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropa İttifaqına 10 teravatt-saata yaxın təbii qaz tədarük olunub. Bu, regionun ümumi idxal həcminin 1,2 faizini təşkil edir.
Trend bu barədə Avropa Komissiyasının hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, TAP İtaliya, Yunanıstan və Bolqarıstanın Azərbaycan qaz mənbələrinə çıxışını təmin edən "Cənub Qaz Dəhlizi"nin əsas elementidir: "TAP-ın işə düşməsi sayəsində bəzi dövrlərdə, məsələn 2021-ci il yanvarın 23-24-də İtaliya şimal-qərbi Avropaya qaz ixrac edib ki, bu da qış dövrü üçün kifayət qədər unikal hadisədir".
Avropa Statistika Agentliyinin məlumatlarına əsasən, 2021-ci ilin birinci rübündə Aİ-nin xalis qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz (2,5 milyard kubmetr) azalıb, eyni zamanda isə daxili istehsalın azalması ilə yanaşı qaz istehlakı artıb.
25 Oktyabr 17:37
1 127
25 Oktyabr 14:18
1 407
25 Oktyabr 14:17
1 225