Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
8 Oktyabr 2021 12:01
5 964
Türkiyə -Azərbaycan dostluq və iqtisadi münasibətlər günü-gündən möhkəmlənir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu “Bir Millət İki Dövlət” siyasi dostluq konsepsiyası uğurla davam etdirilir.
12 oktyabr 2021-ci il tarixində türkiyəli iş adamlarının Azərbaycana növbəti işgüzar səfəri gözlənilir. Səfər çərçivəsində pandemiya qaydalarına riayət etməklə şirkətlər azərbaycanlı şirkət rəhbərləri və satınalma müdirləri ilə görüşəcək, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcəkdir. Səfər çərçivəsində türk fabrika sahiblərinin yerli istehsal müəssisələrinə ziyarəti də nəzərdə tutulub.
Tədbirdə iştirak ödənişsizdir. Layihə ilə maraqlanan covid pasportu olan yerli sahibkarlar, iş adamları və şirkət rəsmiləri öncədən qeydiyyatdan keçməklə tədbirdə iştirak edə bilər.
Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk iş adamları da iştirak edəcək.
Layihə Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən təşkil olunur, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, AZROMO, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənir. Təşkilati işlər isə Proaktiv PR Agentliyi tərəfindən həyata keçirilir.
Cavid
15 Sentyabr 15:45
819
15 Sentyabr 12:11
868
15 Sentyabr 12:10
833