Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
21 Yanvar 2022 15:06
7 476
Naxçıvan-Bakı birbaşa quru əlaqəsi yarandıqda Qərbi Zəngəzurdan, yəni tarixi Azərbaycan torpaqlarından keçmək mümkün olacaq, həm iqtisadi, həm də strateji üstünlük reallaşacaq.
Bunu açıqlaması zamanı Süleyman Dəmirəl Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin müəllimi Prof. Dr. Timuçin Kodaman deyib.
O qeyd edib ki, tarixi Azərbaycan bölgəsi olan Zəngəzurun İran sərhədinə qədər uzanan son hissəsi 1929-cu il fevralın 18-də Ermənistana verildikdə həm Naxçıvanın, həm də Türkiyənin Bakı ilə birbaşa quru əlaqəsi kəsildi. 2020-ci ilin noyabrında qazanılan qələbədən sonra İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış atəşkəs sazişinin 9-cu maddəsində Naxçıvanla Bakı arasında quru nəqliyyatının qeyd olunması ilə Zəngəzur dəhlizi beynəlxalq gündəmdə də tanınıb.
Uzunluğu 43 km olan bu dəhliz Türkiyənin Xəzərdən, yəni Türküstandan kənara fasiləsiz çıxmasına imkan yaradacağı üçün Turan dəhlizi də adlanır. Region dövlətləri bu dəhlizin açılması ilə bağlı müxtəlif perspektivlər nümayiş etdirirlər. Azərbaycan və Türkiyə dəhlizin aktivləşdirilməsindən istəkli və razı olduğu halda, Ermənistana müharibəni uduzsa da dəhliz açılacağı təqdir başlatdığı geosiyasi mühasirəni yumşaltmaq imkanı verir, Rusiya da bu vəziyyətdən razı görünür.
Naxçıvan-Bakı birbaşa quru əlaqəsi yarandıqda Qərbi Zəngəzurdan, yəni tarixi Azərbaycan torpaqlarından keçmək mümkün olacaq, həm iqtisadi, həm də strateji üstünlük reallaşacaq. Bundan əlavə, Azərbaycan özünü Qafqazın və Mərkəzi Asiyanın avtomobil və enerji daşımalarının mərkəzinə çevirməklə, Avrasiya coğrafiyasında əhəmiyyətini artırmaq, enerji dəhlizində, xüsusən də Xəzərlə bağlı müzakirələrdə mərkəzə çevrilmək, Türkiyə ilə Türk dünyası arasında hər baxımdan körpü olmaq şansı əldə edəcək", - deyə T.Kodaman bildirib.
Ekspertin sözlərinə görə, dəhliz Türkiyəyə regional rəqabətdə Rusiyaya, xüsusən də İrana qarşı liderlik etmək şansı verdi.
“Funksionallaşan dəhliz həm də iki ölkənin artıq mövcud olan ticarət əlaqələrini artıracaq ki, bu da Türkiyə və Azərbaycanı Qərbin enerji resurslarının Xəzər hövzəsinə və onun hüdudlarından kənara nəqli üçün mərkəzə çevirəcək. Türkiyə ilə Ermənistan arasında hazırda inkişaf etdirilən münasibətlərdə Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir”- deyə T. Kodaman vurğulayıb.
15 Sentyabr 15:45
819
15 Sentyabr 12:11
868
15 Sentyabr 12:10
833