Avropanın böyük özəl liman operatoru Bakı Limanı ilə əməkdaşlıq edəcək İqtisadiyyat
- 28 Yanvar 2022 19:52
- 4 690
“Euroports group”-un baş icraçı direktoru Frederic Platininin rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 yanvar 2022-ci il tarixində Bakı Limanında işgüzar səfərdə olub.
Limandan Trend-ə verilən məlumata görə, nümayəndə heyətində “Euroports Group”-un tərəfdaşı olduğu və Bakı Limanı ilə yaxından əməkdaşlıq edən Böyük Britaniyanın nüfuzlu “Nectar Group Limited” şirkətinin rəsmi nümayəndələri də təmsil olunurdu.
Səfər zamanı Bakı Limanın Ələt ofisində təşkil olunan görüşdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov limanın tarixi, keçdiyi inkişaf yolu, regionun logistika və nəqliyyat üzrə ən müasir mərkəzi olmaq strategiyası ilə aparılan fəaliyyətləri, əldə edilən uğurlar və gələcək planlar barədə qonaqlara ətraflı məlumat verib.
“Euroports Group”-un baş icraçı direktoru Avropa dəniz limanlarının Avrasiya regionunda mövcud olan limanlarla işgüzar əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını və xüsusilə, regional nəqliyyat dəhlizində mərkəz rolunu oynayan Bakı Limanı ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Daha sonra nümayəndə heyəti Bakı Limanının “Əsas yük”, “Konteyner”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti, hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə əyani tanış olub. Qonaqlara körpüdə gözləyən gəmi-bərələrin texniki imkanları və limanda operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalarla bağlı məlumat verilib. Bununla yanaşı, nümayəndə heyəti limanın müvafiq departamentlərinin əməkdaşları ilə görüşərək interaktiv müzakirə və təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, “Euroports Group” Avropa və Çindəki limanlarda 32 terminalı idarə edən, illik yükaşırma qabiliyyəti 60 milyon tondan çox olan və 5 milyon tona yaxın saxlama anbarı olan ən böyük özəl liman operatoru şirkətlərindən biridir.
Bakı Limanı şəffaflıq müasirlik və nümunəvilik dəyərlərinə sadiq olaraq müasir dünyanın ən qabaqcıl təcrübələrini öyrənməyi və iş prosesində tətbiq etməyi hədəfləyir.
-
Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro
-
Rusiyanın itkiləri artır
-
COP29-un əhəmiyyəti
-
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə cinayət işi açılıb
-
Xocavənddə partlayıcı vasitələr aşkar edildi
-
"ABŞ Pekinin inkişafına mane ola bilməyəcək”
-
İcra başçıları və digər rəhbər şəxslərlə görüşmək istəyənlərin nəzərinə - CƏDVƏL
-
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri
-
Husilər İsrail hədəflərinə raket atıb
-
Tərtərdə mikroavtobusla minik avtomobili TOQQUŞDU: Xəsarət alanlar var
-
ABŞ Ukraynaya 6 milyard dollarlıq yardıma hazırlaşır
-
Zaqatala sakini pomidor turşusundan zəhərləndi - Xəstəxanada vəfat etdi
-
Azərbaycan nefti ucuzlaşıb
-
Avtoxuliqanlıq edən sürücülər həbs olundu
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
ABŞ qırmızı xətti keçməməlidir
-
Tokio, Roma və London ən yeni qırıcının prototipini hazırlamağı istəyirlər
-
Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatdı - Füzuliyə qayıdan sakin
-
30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır - Füzuliyə qayıdan sakin
-
Vətənimizə qayıtmağımıza çox sevinirik - Füzuliyə qayıdan sakin
-
Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri başa çatır
-
Sevincimin həddi-hüdudu yoxdur - Füzuli sakini
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
-
ABŞ ilə Moldova Avropaya qaz tədarükü sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər
-
Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib
-
ABŞ Ukraynaya silah tədarükü üçün yeni müqavilələr bağlamağa hazırlaşır
-
“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib
-
Husilər Ədən körfəzindəki "MSC Darwin" gəmisinə hücum ediblər
-
ABŞ qoşunlarının əsas hissəsini Niger və Çaddan çıxaracaq
-
“Portu” futbol klubu Serjio Konseysao ilə müqaviləni yeniləyib
-
Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər
-
Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır - ÜST
-
Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb
-
FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək
-
Para-üzgüçümüz Avropa Açıq Çempionatında 3-cü medalını qazanıb
-
Kimsə bir müsəlman ölkəsini xristian klubuna qəbul etməyə hazırlaşmır” – Qüdrət Həsənquliyev
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir
-
Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq
-
Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar - ŞƏRH
-
Ümidvaram ki, COP29 Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək - Annalena Berbok
-
BMT-nin komitəsində Ombudsmanın növbəti hesabatı ilə bağlı dinləmə keçirilib
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi
-
Bakıda ilk dəfə velosiped işıqforları quraşdırılır
-
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
-
Malıbəylidə aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb (FOTO/VİDEO) (YENİLƏNİB)
-
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
-
Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - Vüqar Rəhimzadə
-
"Bakcell" Rebrendinqi elan edir
-
Buraxılış imtahanında ən yüksək nəticəni özəl liseylərin şagirdləri əldə edib
-
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
“Bu, Türk birliyinin bariz nümunəsidir”
-
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub
-
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
-
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB
-
Rusiya ABŞ ilə diplomatik münasibətlərin statusunu aşağı sala bilər
-
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR