Günay Ümid Ədəbiyyat

Günay Ümid

Müqəvva

Dünənki nağılın davamıdı,
yuxusunu oğurlamış
körpənin eşitdikləri…
Torpağın ürəyinə sancılmış
Müqəvvanın
çiyninə qonmus sərçələr
günahı savabı yazan mələklər kimi,
dimdik- dimdik yıxırdı
müqəvvanın İsa duruşunu.
Çırpılırdı
qoruya bilmədiyi torpağa
Məryəm ana müqəddəsliyi…
Buludlar əmizdirirdi
müqəvvanın çartlamış,
ağac dodaqlarını.
Səhifəni çevirir körpə əlləri,
gülüşləri səpilir
yuxusuzluğun üst-başına,
diksinirəm...



Fraqment

Mismardan asılıb
Keçmişin rəsmi…
Çox rəsmi!

Bu səhər
Alma qoxulu qızımın
Yanaqlarından
Çiyələk topladım dodağımla,
Yuxusundan öpdüm ,
Üstünü örtdüm…

Bu səhər
Pəncərədən günəşi qucaqladım,
Gözləri qamaşdı düşüncələrimin
Ilıq-ilıq nəfəsimə çəkdim
xoşbəxtliyi

Endirdim mismardaki şəkli. .
Güzgüdə əksimi bağrıma basdım
Bu səhər
Çəkdiyim ən gözəl rəsmi
şeirdən asdım.



Әlləri xınalı arzular


Әllәri xınalı arzularım var,
Sәn tәk küçәlәrin ürәyi dә daş.
Baxışım asılan pәncәrәnizdәn,
Pәrdәnin yaşmağın endirәydin kaş.

Mәn qara bәxtimin sarı simiyәm,
Nә vaxtsa ürәkdәn dinmәyim çәtin.
Sәtri tapılmayan şeir kimiyәm,
Gülüşümü girov alıb hәsrәtin.

Nә soyuq, nә isti, әngәl bilmәyәn,
Xәyalların boyu uca, göy nәdir?!
Ağlamıram, baxma gözlәrim dolub,
Gözümә ayrılıq düşüb, göynәdir.


Ay adam

Buralarda quş uçmaz, ay adam! –
ömür uçar kәpәnәkkәpәnәk.
Burdakı dәnizlәrdә balıq üzmәz,
insanlar üzәr birbirini...
Otur, ay adam,
otur darıxmağın küncündә.
Burdan daha yaxşı görünür,
gecәnin bağrını qanadan
günәşin neştәr şәfәqlәri,
üstü bәzәkbәzәk
viranlıqlar,
burdan daha aydın görünür
bütün qaranlıqlar...
Bir sirr qalıb qaranlığında –
gecәdәn oğurlayıb apardığım...
Әlimdә bir az ömür qalıb –
alın yazımdan qopardığım.
Gәl bölüşәk, ay adam!
Buludlardan bir gәlin süslәdim
şeir rәngli gözlәrini
bir az sevgiylә boyadım,
misraları ulduzulduz
dağıtdım saçlarına
bir az hәsrәt bağışladım ümidlәrinә.
Nәfәsindә bir öpüş üşüdü darıxmağın...
gәl darıxaq, ay adam...
Ayaqlarımızı qoparaq dünyadan
qopaq dünyadan...
Sәmaya yaşamaqdan göy qurşağı tikәk,
bәdәni ürәyinә dar gәlәn hәr kәs kimi
gecәni iplә çәkәk.
Yanağımda bir sığal yeri boğulsun
göz yaşımdan.
Süz, ay adam –
Süz gecәnin ürәyini ovuclarına.
Qaçaq arzuların şәrindәn
bakirә sabahların
alnı ağarsın dan yerindәn...


18+


Bir, iki, üç...on...
ürәyimin döyüntülәrini sayıram,
yuxumu tora salmaq ücün.
18+dәn başladı
tilovla yuxu tutmağım.
Yәni sәndәn sonra...
Yatağımın baş ucunda oturan xatirәlәrim
sәnә oxşayır.
Düşüncәlәrimә köks uddurur,
dağınıq saçlarımı dizlәrinә sәrib
sayları unutdurur...
Yenidәn,
yenidәn sayıram.

Pәncәrәmin o üzündә gecә
külәyin әli ilә ovuşdurur
yuxusu itgin duşәn gözlәrini,
bükür sәfil arzularımın dizlәrini.
Yastığa sıxdığım nәfәsimlә
ahıma don biçirsәn hәr gecә.
Alnımda açdığın cığırla
üzümә köçürsәn hәr gecә.
Gözlәrimin ayağı altına
kölgәni sәrib
kipriklәrimin arasından
әzabımı pusursan.
Dilimin belinә adını dolayıb
sözlәrimdә susursan.
Lәnәtlәnmiş kor şeytanın gözlәrindә
ağlayır gecә.
Azan sәsi yuyur
sәmanın üzünü,
agarır gecә.
Oyanıram yuxusuzluğumdan.


Bu ömür nəfəs boydaymış

Başımı fikirə söykədim yenə ...
Bu fikir yastığı əzir başımı...
Ay ana, bu ömür nəfəs boydaymış,
Ölüm ağrı-ağrı gəzir başımı...

Tıxa qulağıma layla səsini
Kədərin saçını kimdi bu hörən?
Qapı -pəncərəsi bağlı bu evin
Yuxum hara qaçıb bu evdən, gorən?

Əzilmiş şeirlər döşəmə üstə,
Onu kitab-kitab yığmaz bu balan...
Çoxdandı bu yataq qəbir kimidir,
Beşik ayağına sığmaz bu balan...

Bələ gözlərimi yuxuyla mənim...
Arzu urəyində, muradlarında
Azdırım bu evi, azdırım, ana,
Sehirli xalçanın qanadlarında...

Çoxdan kədərimə oxşayiram mən
Inanma, uşaqlıq bəyənə məni,
Onsuz da nağıllar əynimə gəlmir,
Yama nağıllarin əyninə məni.


Ölümqabağı şeir

Sənə desəm ki,
Hələ də Floranı dinləyirəm
Səndən ötrü darıxanda...
Hələ də sən yadıma düşürsən
Filimlərə baxanda...

Sənə desəm ki,
Həyata sətirlər ardından baxırdım
Sən gedəndə...
Ayaqların gedişinin dibində
Sərbəst şeir pıcıldayırdı
Yolların qulağına.
Mən susurdum.

Sənə desəm ki,
Hər bahar ətrini səpələyir şeirlərimə...
Sən olanda
Misralarım dəstə-dəstə gül idi.
Yadımdadı
Qalmaq üçün bəhanə axtarısın
Sətirlərin arasına sıxışmıs vergül idi.
Sənə desem ki..
Gedərkən
Hıçqıran addımlarının taqqıltısı
Şair bağrımı deşib qanadan nidaydı.
Unutmamışam
Titrək səsinə çarəsizlik qarışmışdı...
Şeir rəngli gözlərinə
kədər daha çox yaraşmışdı.

Sənə desəm ki,
İçimi yumruqlamaqdan
Göyərib taqətimin qolları,
Qələmimə söykənib yorgunlugum...
Hər aprel gələndə
Bu şeri yenidən doğur susqunluğum.

Sənə desəm ki,
Ağzimda dilalti dərmanimla
heca-heca əriyir adın
Udqunduqca boğuluram!
Sənə desəm ki,
Hər şeyi unudum deyə
Əlimə keçən bütun şeirləri
Acgözlüklə başıma cəkirəm...
Tufan olub hislərimdə qopursan.
Bütun şeirlər canına çəkib səni
Onlarla yenidən ruhuma hopursan...

Sənə desəm ki...
Desəm ki sənə...
Bütün sükutumda qulağımı batırır səsin...
Cəsarətim əllərimdə soyuyur,
titrəyir, itir...
Nə vaxt ki "Cıx gəl" yazmaq istəyirəm
Mürəkkəbim bitir...