Bayatı yaradıcısı Lələ və Sarı Aşıq Ədəbiyyat

Bayatı yaradıcısı Lələ və Sarı Aşıq

"Cocuq Mərcanlı yaxınlığında "Lələ dağı"ndan, "Lələ yaylağı"ndan söz açdılar"

"Xalq Cəbhəsi" qəzeti mərhum professor Sədnik Paşa Pirsultanlının Sarı Aşıq haqqında maraqlı araşdırmasını təqdim edir

1-ci yazı
1975-ci ilin yanvar ayı idi. Gəncədən Şəmkirə gedən avtobusla folklor axtarışına çıxmışdım. Könüllü kəndinə çatanda yolun kənarında doqquz qoyun, yanında da bir pirani kişi gördüm. Sürücüyə dedim:
- Maşını saxlayın, mən düşüm. Kişi ilə görüşdüm və soruşdum:
- Siz kimsiniz, adınız nədir?
O zaman xeyli cavan idim. Dedi:
- Bala, əslim Şəmkirin Dağincilisindəndir. 30-cu illərdə bu kəndin adamlarını Könüllü kəndinə köçürüblər. Adım Pənah Allahverdi oğludur.
Mən zarafat etdim:
- Əmi, heç başına qar-yağış yağıbmı?
O gülə-gülə dedi:
- Hələ məni yay dolusu da döyüb.
Soruşdum:
- Dastan, nağıl nə bilirsən? O, mənə bildirdi ki, Lələnin nağılını bilirəm. 1918-ci ildə Göyçədə bir bəyin qoyununu otarırdım. Çalmalı yaylağına bir dərviş gəlib çıxdı. Mən ona əvvəlcə dələmə pendir verdim. Sonra onun danışdığı "Lələ nağılı" çox xoşuma gəldiyindən bir quzu kəsdim. Dərvişi 3 gün qoyun binəsində saxladım. Lələnin nağılını yaxşı öyrəndim. Dərvişin Lələ haqqında söylədiyi bayatıları əzbərlədim. Dərviş mənə bildirdi ki, mən Bağdadda olarkən Lələnin yazıya alınmış bayatılarını görmüşəm. Mən sevincək evə qayıtdım, Lələ haqqında eşitdiklərimi yazıya alıb institutda çıxan "Yüksəliş" qəzetində çap etdirdim.
Fizika-riyaziyyat elmləri namizədi Cəbrayıl Xələfov məni qucaqlayıb dedi:
- Sən nə yaxşı adamsan, sənin qadan alım. Bizim Lələnin bayatılarını toplayıb, qəzetdə çap etdirmisən. Bizim Füzuli rayonundakı Qazaxlar kəndində, Əhmədallar kəndində Lələnin saysız-hesabsız hekayətləri və bayatıları var.
Mən həmin günün səhəri Füzuli rayonunun Əhmədallar və Qazaxlar kəndlərinə yola düşdüm. Oranın sinədəftər nənələri, dünyagörmüş qocaları məni xoş əhval-ruhiyə ilə qarşıladılar. Əhmədallar kənd sakini 70 yaşlı Bayram Musa oğlu, Qazaxlar kənd sakini 90 yaşlı Şahlıq Xınalı qızı ləl-cəvahirat xəzinəsinin ağzını açdılar. Lələnin bayatı incilərini savaş kimi başımdan yağdırdılar. Hətta Cocuq Mərcanlı yaxınlığında "Lələ dağı"ndan, "Lələ yaylağı"ndan söz açdılar. Məni Arqalı qəbirstanlığına, oradakı Arqalı künbəzinə apardılar. Bayatıya bənzər maraqlı bir şeir parçası da söylədilər:

Arqalı haray,
Babı haray,
Lələ haray.

Yoruldum yolda qaldım, Bir yorğa, yabı haray. Arxeoloqlar Babı künbəzini XIII əsrə aid edirlər. Arqalı qəbirstanlığında Lələnin adına bağlı naxışlı, üstündə qədim yazılar olan daş-təknə məzara rast gəldim. Tarix İnstitutunun arxeologiya şöbəsinə xəbər verdim, Lələyə məxsus daş məzarın üst qapağı üzərində aparılan araşdırmalar sübut etdi ki, məzar Lələ Mahmud oğluna aiddir.
"Azərbaycan dili və ədəbiyyatı tədrisi" (metodik məqalələr məcmuəsi) "Azərbaycan məktəbi" jurnalına əlavə redaksiyasından mənə zəng etdilər ki, Lələnin "Yaxşı-Yaman" dastanı haq-qında oxucular Sizdən məlumat istəyirlər. Mən dastanı jurnalda nəşr etdirdim. Arxasınca "Azər-baycan gəncləri" qəzetinin 15 yanvar 1976-cı il 6 tarixli nömrəsində "Lələnin məzarı və özü" adlı məqalə ilə çıxış etdim. Elmi rəhbərim Azərbaycan Elmlər Akademiyası Nizami İnstitutunun folklor şöbəsinin müdiri, professor, filologiya elmləri doktoru Məmmədhüseyn Təhmasib məni yanına çağırıb dedi: Sizi ürəkdən təbrik edirəm. Nəhayət, "Yaxşı-Yaman" dastanını tapdınız.
Lələnin bayatıları, əsatiri hekayəti açıqca göstərir ki, Lələ Sarı Aşıqdan əvvəl başlayıb yaradıb. Onun yaradıcılıq yolunu davam etdirən Sarı Aşığın bayatıları xalqın hafizəsində bir-birinə qarışıb. Əlbəttə, tədqiqatlar davam etdikcə, dərin qatlara işlədikcə hər şey faktlar əsasında meydana çıxacaq. "Yaxşı-Yaman" dastanından "Lələnin məzarı və özü" məqaləsindən sonra Laçın rayonunun bir neçə sakini mənim haqqımda "Ədəbiyyat və İncəsənət" qəzetinə şikayət məktubu yazdılar. Mən redaksiyadan möhlət istəyib yazılı mənbələrdə Lələyə aid məlumat axtarmağa başladım. İlyas Müşeqin "Nəğmələr" kitabında yazılıb.

Lələ şah lələsidir,
Əcəl can tələsidir,
Lələnin qəbri üstə,
Gözəl şah gələsidir.

Həmin bayatı Asya Məmmədovanın tərtib etdiyi "Bayatılar" kitabında bir cüngdən götürülüb, eyni məzmunda kitaba daxil edilib. Lələ şah lələsidir, Əcəl can tələsidir, Lələnin qəbri üstə, Gözəl şah gələsidir. Doğrudan da, elə bayatılar vardır ki, eynən Lələyə məxsus "Yaxşı-Yaman" dastanında olduğu kimi, Sarı Aşığa məxsus "Aşiq və Yaxşı" dastanında təkrar olunur. Lələyəm yaxşı liqa, Xub liqa, yaxşı liqa, Yaxşı elə yaxşıdı, Hamıdan yaxşı liqa. Lələnin tarixi şəxsiyyət olmasını yazılı mənbələr əsasında sübuta yetirməkdə filologiya elmləri doktoru İsrafil Abbaslı bizim köməyimizə çatdı. O, Madedaranda erməni əlifbası ilə yazıya alınmış bir sənəddə Lələnin 60-a yaxın azərbaycanca bayatısını tapdı. Eyni zamanda İ.Abbaslı Lələ haqqında "Ədəbiyyat və İncəsənət" qəzetində geniş məqalə ilə çıxış etdi.
"Arqalı" qəbirstanlığındakı Sənduqə daşın üstündə tarix institutunun arxeoloqları tərəfindən oxunmuş və məlum olub ki, qəbir daşı Mahmud adlı şəxsə məxsusdur. Bu ad daha bir tarixi faktın açılmasına kömək edir. Lələ təkcə "Yaxşı-Yaman" dastanının yaradıcısı deyil, "Əsli və Kərəm", "Abdullah və Cahan" dastanları da müəy-yən mənada onun adı ilə bağlıdır. Uzun illərdən bəri ədəbi əlaqələrlə məşğul olan İ.Abbaslı yazır: "Kitabi-Dədə Qorqud"u Dədə Qorqudsuz, "Koroğlu"nu Aşıq Jünunsuz, "Qul Mahmud"u Qaracaoğlansız düşünmək müm-kün olmadığı kimi, "Əsli və Kərəm"i də Lələsiz təsəvvür etmək çətindir. Maraqlıdır ki, Lələ əksər türkdilli xalqlar içərisində geniş yayılmış "Əsli və Kərəm" dastanlarının ancaq Azərbaycan variantına məxsus bir obrazdır". Lələ özünün "Yaxşı-Yaman" dastanında əsasən əsatir və əfsanələrdən, Sarı Aşıq isə "Aşıq və Yaxşı" dastanında xalq rəvayətlərindən istifadə edib. Hər ikisində hadisələri qabaqjadan duymaq, bilmək qabiliyyəti var. Bu hadisələrə münasibətdə və onu poetik dillə söyləməkdə, güjlü şeirə-bayatıya çevirməkdə Sarı Aşıq bir qədər fəaldır. Lələnin yaşlı, aqil bir qoja, Sarı Aşığın hələ javan olduğunu, Sarı Aşığın öz bayatılarından da bilmək olur. Məsələn:

Mən aşığam, Lələ mən,
Qəflətdəyəm hələ mən.
Dərddən, qəmdən, hicrandan,
Bağlamışam şələ mən.

Sarı Aşıq haqqında hələlik ilk yazılı məlumat Qaradağinin "Təzkireyi-Qaradaği" əsərindəki qeydidir. XIX əsrin sənətkarı olan Qaradaği təzkirəsində "Aşıq Qurbanəli və ya Sarı Aşıq və haqq aşığı deyilən şəxsin seyrü-süluki" sərlövhəsi altında yazır: "Zahirən bu zati pak şifteyi-ruzigardır. Əslən Qaradağ mahalındandır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında Həkəri çayının kənarında vaqe Güləbürd adlı qəryədə sükna edib". Sarı Aşığın bayatılarında Güləbirdin qədim adı da aşağıdakı şəkildə dilə gətirilir:

Mən aşıq, ağzındayam,
Aləmin ağzındayam,
Əslim Qaradağlıdır,
Məzməzək ağzındayam.

Məlumdur ki, qoyunun örüş yerində, arxacında məzməzək adlı ağ başlı, ağ qanadlı milçəyə bənzər həşərat olur. Yay aylarında, qoyun otlaqlarında həmin həşərat insanın burnuna toxunduqda əhval-ruhiyyəsi dəyişir, səsi gərlənir. O zaman hə-min yerdə qoyun saxlanılırmış və o yerə məzməzəyin ağzı deyilirmiş. Aşıq öz keçmişini və məz-məzəyin ağzında olduğu illəri belə xatırlayır. Bu məlumat içərisində ən dəyərli fakt, onun əslən Qaradağ mahalından olmasıdır. O, həqiqətən Azərbayjan xalqının varlığından doğub. Yaxşının və bajısı Günəşin həqiqi adları müəyyənləşdirilmədiyi kimi, Sarı Aşığın özünün də adı dəqiqləşdirilməyib.
Qaradaği "Təzkireyi-Qaradaği" əsərində onun adının Qurbanəli, Salman Mumtaz Abdulla, Əmin Abid Qərib, Bəhlul Bəhjət isə Sarıja Nəbi olduğunu göstərirlər. Aşıq Ələsgərə görə onun adı Yetimdir. Aşıq Ələsgər məşhur bir təcnisində Fərhad Şirin sevdi, Yetim Yaxşı yar - deyir. Lələnin bayatılarından məlum olur ki, onun adı Budaqdır. Lələ də lələləndi, Göz yaşı səpələndi. Lələ şah qapısından, Budağı şələləndi. Bu adların hər birinin özünə görə mənası vardır. Aşığa Nəbi adını hər bir hadisəni qabaqjadan bilməsinə görə veriblər. Bizcə, ikinci ad Abdulla yox, Abdaldır. Aşıq abdal - dərviş kimi gəzəndir, obanı-oymağı dolaşandır. Professor M.H.Təhmasibə görə onun adı elə Sarıdır. Əgər onun adı Sarı olsaydı, ona Aşıq Sarı deyərdilər, Sarı Aşıq deməzdilər. Sarı adı, bizjə, onun yar yolu gözləməkdən, saralıb solması, üzündə, gözündə sarı qalması ilə əlaqədardır. Aşığın öz bayatılarına mürajiət edək:

Mən aşıq, sarı qaldı,
Gün getdi, sarı qaldı.
Yollarına göz tikdim,
Gözümdə sarı qaldı.

Sarı Aşıq əhval-ruhiyyəsini ifadə etmək üçün bəzən bir yox, bir neçə bayatıdan istifadə edir.

Dağlar başın qar aldı,
Göy yarpaqlar saraldı.
Yaxşı dərdi çəkməkdən,
Bətbənizim saraldı.

Elə bil Sarı Aşıq öz nisgilini bu ifadədə tapır. O nədənsə sarı sözünü işlətməyi məqbul sayır. Yəqin ki, bu səpkili bayatılar çoxdur. Biz onu tək-tək tapırıq. Həmin bayatılardan biri də aşağıdakı nümunə gətirdiyimiz bədii parçadır:

Mən aşiq, sarı dağlar,
Köynəyi sarı dağlar.
Göy otun xəzəl olar,
Qalarsan sarı dağlar.

Sarı Aşığa belə gəlir ki, hər nə mətləb diləsə hasil olar. O da bir oğuz-türk oğlu kimi, Dədə Qorqud kimi elə zənn edir ki, onun hər bir alqışı alqış, hər bir qarğışı qarğış ola bilər. Sarı Aşıq bayatını bəzən cüt-cüt, qoşa-qoşa yaradır. Sarı Aşıq gözələ müraciət edir ki, zülfünə tapşırsın yan dursun, aşıq onu aydınlığı ilə görə bilsin. Aşığın bütün meyli hər an sevgilisindədir. Onu təsvir və tərənnüm etmək üçün söz inciləri içərisindən daha qiymətli zər-zivər seçir. Onu sapa, ipə düzüb öz yaradıcılığına gətirir.

Mən aşiq yaza Niyaz,
Al qələm yaz, a Niyaz,
Bülbül gülün yarpağın,
Saxlamış yaza niyaz.

Sədnik Paşa Pirsultanlı
professor