“Avropa Parlamenti Azərbaycana qarşı riyakarlıq edir“ Siyasət

“Avropa Parlamenti Azərbaycana qarşı riyakarlıq edir“

“Avropa Parlamentində qaldırılan qətnamədə Qarabağda guya erməni mədəni irsinin dağıdılmasının müzakirə olunmasını, birbaşa bu qurumun Azərbaycana olan qərəzi və böhtanı kimi xarakterizə edərdim!”- bu açıqlamanı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı “Moderator.az” saytına verib. Onun sözlərinə görə, 30 il Azərbaycanın 20% torpağında vəhşiliklər törətmiş, məscidlərimizi təhqir edən, tarixi abidələrimizi dağıdan, irsimizi alçaldan ermənilər haqqında bir qətnamə qəbul etməyiblər:” Yüzlərlə məscidimiz dağıdılıb, təhqir olunub, heyvan saxlayıblar, min illərin tarixi abidələrini yerlə yesan ediblər. Bir dəfə görmədi ki, bu Avropa Parlamenti ermənilərə qarşı bəyanat qəbul etsinlər. Faktlarla, videolarla sübutlar təqdim etdik. Ancaq özlərini “görməməzliyə”, “korluğa” qoydular. İndi Azərbaycan xalqına böhtan atır, qərəzli mövqe nümayiş etdirir. Əsl sifətlərini göstərirlər. İkili standarlarını gizlədə bilmirlər.”
QHT sədri Orduxanlının bildirdiyinə görə bu gün xeyli sayda Vətəndaş Cəmiyyətinin rəhbərləri Avropa Parlamentinin qərəzli bəyanatına qarşı bəyanat verib:”Bizim təşkilata bu bəyanata qoşulub. Biz Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırım həyata keçirib. Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müyyən beynəlxalq təşkilatlar, Avropa Parlamenti üzvləri bu durumlara səssiz qalır və əksinə Azərbayan əleyhinə qətnamələr qəbul edirlər.”