Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
15 May 2022 13:49
5 348
Prezident İlham Əliyevin Rizə-Artvin Beynəlxalq Hava Limanının açılışına qatılması, möhtəşəm tədbirdəki çıxışının böyük coşqu ilə qarşılanması bütün türk dünyasına səs saldı. Türkiyə və Azərbaycan bir daha dünyaya qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi göstərdi. Hər birimizin qürurla izlədiyimiz bu izdihamlı tədbirin təəssüratları hələ uzun müddət yaddaşlardan silinməyəcək.
Bu fikirləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib. S.Kərimli əlavə edib ki, Türkiyə və Azərbaycan liderlərinin səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasında əalqələri daha da dərinləşdirir, əbədi edir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev dünyada bənzəri olmayan dostluq sərgiləyirlər. Əlbəttə ki, bu amil iki qardaş ölkəni daha sıx birləşdirir, münasibətləri zirvəyə qaldırır. Bütün dünyanın diqqət mərkəzində olan açılış mərasimi bir daha göstərdi ki, Türkiyənin uğuru həm də Azərbaycanın uğurudur. Ölkələrimizdə reallaşdırılan hər bir layihə, əldə edilən hər bir uğur eyni ilə xalqlarımız tərəfindən də böyük məmnunluq və əvəzsiz sevinc hissi ilə qarşılanır”.
S.Kərimli həmçinin qeyd edib ki, istər Türkiyənin, istərsə də Azərbaycanın sürətlə həyata keçirdiyi ən müasir infrastruktur layihələri inkişafın və tərəqqinin, eyni zamanda güclü siyasi iradənin göstəricisidir: “Dünyada siyasi təlatümlərin, iqtisadi tənəzzülün, hərbi münaqişlərin baş verdiyi bir zamanda Türkiyə və Azərbaycanın durmadan inkişaf etməsi, nəhəng layihələr üzərində işləməsi həqiqətən də qürurvericidir. Belə bir çətin situasiyada ölkəsini inkişafa aparmağa yalnız Ərdoğan və Əliyev kimi güclü, qətiyyətli lider nail ola bilər”.
“Azərbaycan dövləti hazırda heç bir yardım və dəstək olmadan işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirir. Bu proses də dünyanı yaxşı mənada heyrətləndirir. Sözsüz ki, Qarabağın sıfırdan qurulması işində qardaş Türkiyə şirkətləri də yaxından iştirak edir. Türkiyə və Azərbaycan bu mənada da sarsılmaz birlik nümayiş etdirir” deyə S.Kərimli əlavə edib.
15 Sentyabr 22:46
616
15 Sentyabr 19:06
784
15 Sentyabr 18:54
1 120