
                    
                    Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktor əvəzi Kristofer Monahan və səfirliyin siyasi işlər üzrə müşaviri Yaniv Barzilay ilə görüş keçirilib.
Təşkilatın mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə çıxış edən Şura sədri Azay Quliyev qonaqları salamlayaraq ABŞ ilə münasibətlərin Azərbaycan üçün daima prioritet istiqamətlərdən olduğunu  diqqətə çatdırıb.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın son illərdə əldə etdiyi  inkişafı və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarını  yüksək qiymətləndirib.
Azay Quliyev QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərin cari vəziyyəti haqqında qonaqları məlumatlandırıb və qonaqları maraqlandıran digər suallara cavab verib.
Görüşün sonunda qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr  davam etdirilib və ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da yaxşılaşması baxımından vacib olduğu bildirilib.