Azərbaycan Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir - XİN Siyasət

Azərbaycan Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir - XİN

Azərbaycan Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

“Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqlik əsasında strateji tərəfdaşlığı dəstəkləyir”, - nazirliyin bəyanatında deyilir.