“Münasibətlərdə energetika sahəsi vacib aspektdir” Siyasət

“Münasibətlərdə energetika sahəsi vacib aspektdir”

Roqozin: "Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il tarixi maksimuma çatıb"



Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib.
İasa komissiyanın Azərbaycan tərəfdən həmsədri, baş nazirin 1-ci müavini Yaqub Eyyubov ə Rusiya tərəfdən həmsədri, baş nazirin müavini Dmitri Roqozun sədrlik edib
İclasda çıxış edən Dmitri Roqozin Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədə olduğunu bildirib.
Roqozin iclasın gündəliyində Rusiya-Azərbaycan əməkdaşlığı, enerji, sənaye, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin durduğunu deyib.
O bildirib ki, iki ölkə siyasi, ticarət, mədəni və humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığı aktiv inkişaf etdirir: "Bu bizim ölkələrin strateji maraqlarına cavab verir. 2014-cü ilin yekunlarına əsasən, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12 faiz artaraq tarixi maksimuma çatıb. Ticarət dövriyyəsinin həcmi 4 milyard ABŞ dolları olub. Bu, MDBölkələri arasında ticarət göstəricilərinin dinamikasına görə ən yaxşı nəticələrdən biridir".
Dmitri Roqozinin sözlərinə görə, 2009-cu ildən indiyə kimi Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi iki dəfədən çox artıb: "Azərbaycan MDB ölkələri arasında Belarus, Ukrayna və Qazaxıstandan sonra Rusiya ilə ticarət dövriyyəsinə görə 4-cü, Rusiya isə Azərbaycanla ticarət dövriyyəsində İtaliya və Almaniyadan sonra üçüncü yerdədir. Təəssüflər olsun ki, bu ilin 7 ayı ərzində obyektiv səbəblərdən ticarət dövriyyəsinin həcmi 23,2 faiz azalaraq 1,7 milyard dollar olub ".
Dmitri Roqozin onu da deyib ki, Rusiya ilə Azərbaycan arasında ticarətdə sənaye və kənd təsərrüfatı məhsulları əsas yeri tutur. Rusiyadan Azərbaycana daha çox sənaye və maşınqayırma məhsulları, Azərbaycandan Rusiyaya isə kənd təsərrüfatı məhsulları ixrac olunur: "İkitərəfli münasibətlərdə energetika sahəsi vacib aspektdir. Rusiyanın neft kompaniyaları Azərbaycan bazarında uğurla fəaliyyət göstərir. Onlar bundan sonra da Azərbaycan tərəfi ilə qarşılıqlı fəaliyyətin dərinləşməsi və genişlənməsində maraqlıdırlar. Bu fəaliyyətin intensivləşməsi üçün biz yüksək səviyyədə ikitərəfli enerji qrupu yaratmışıq".
Azərbaycan tərəfdən komissiyanın həmsədri, baş nazirin müavini Yaqub Eyyubovun çıxışı isə Rusiyanın ünvanına xeyli isti mesajlarla yadda qalıb.
Yaqub Eyyubov deyib ki, hökumətlərarası komissiya Azərbaycan və Rusiyanın daha da yaxın olması üçün mümkün olan hər şeyi edir.
" Biz Rusiyadan çox şey almışıq və bu haqda açıq danışmaq lazımdır. Hesab edirik ki, Azərbaycan xalqı ona göstərilən qayğını həmişə yaxşı və düzgün qiymətləndirib"- deyə Yaqub Eyyubov bildirib.
Baş nazirin müavini deyib ki, böyük sayda azərbaycanlılar Rusiyada işləyir və bu zaman heç kim onları sıxışdırmır, əksinə, onlar üçün şərait yaradılır".