Prezident İlham Əliyev: Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi yeni dəmir yolunun istismara verilməsi ilə ticarət dövriyyəsinin artırılması üçün imkanlar yaranacaq Siyasət

Prezident İlham Əliyev: Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi yeni dəmir yolunun istismara verilməsi ilə ticarət dövriyyəsinin artırılması üçün imkanlar yaranacaq

Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dənizi yeni dəmir yolunun tikintisinin başlaması və istismara verilməsi ilə ticarət dövriyyəsinin artırılması və yükdaşımaların ucuzlaşması üçün imkanlar yaranacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata açıqlamasında deyib.