Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
14 Oktyabr 2022 11:41
2 625
“Həmkarlarım Qüdrət Həsənquliyev və Siyavuş Novruzun dedikləri ilə razıyam. Dövlət başçısı kimi ağ yalan danışan, Azərbaycan dövlətinə qarşı düşmən mövqe sərgiləyən Emmanuel Makron yenidən gündəmə gəlir. Bu, ilk hal deyil. O, vasitəçi kimi çıxış edə bilməz, çünki tərəfdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı deputat Fəzail Ağamalı deyib. “Hələ deyir ki, Ermənistanı ona görə müdafiə edir ki, sülhpərvər tolerantdır: “Hansı tolerantlıqdan danışmaq olar ki, Ermənistanda başqa etnos yaşamır, Azərbaycan ərazilərini işğal edib, Xocalı soyqrımını törədib. Utanmadan deyir ki, Azərbaycan Qarabağı işğal edib. Qarabağ Azərbaycanın tarixi ərazisidir. Xəcalət çəkmir”. Fəzail Ağamalı qeyd edib ki, Makron neft və qaza satılmadığını iddia edir: “Makron çoxdandan şəxsiyyətini və ləyaqətini ermənilərə satıb”. Deputat deyib ki, Fransa ilə münasibətlər kəsilməlidir: “Azərbaycan nə edib ki, Senat sanksiya məsələsinə baxır? Biz torpaqlarımızı işğaldan azad etmişik. Əgər belədirsə, bizdə bu ölkə ilə münasibətlərimizi dayandırmalıyıq.
Əli
15 Sentyabr 22:46
616
15 Sentyabr 19:06
784
15 Sentyabr 18:54
1 120