“Lavrovun gözlənilmədən Ermənistana səfəri çoxsaylı suallar doğurdu” Siyasət

“Lavrovun gözlənilmədən Ermənistana səfəri çoxsaylı suallar doğurdu”

Elman Nəsirli: "Putinin komandasında bəlkə üzərinə ən çox məsuliyyət düşən iki şəxs varsa, onlardan biri Sergey Lavrovdur"

"Azərbaycan Rusiya münasibətləri ikitərəfli, eyni zamanda, çoxtərəfli formatda strateji tərəfdaşlıq münasibətləridir. Bu gün həm siyasi dialoq, həm iqtisadi ticarət əlaqələri, humanitar sferada əlaqələrimiz yüksək səviyyədə qorunub saxlanılmaqdadır". Bu fikirləri siyasi elmlər doktoru, professor Elman Nəsirli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənsitana səfərini şərh edərkən deyib.
Elman Nəsirli qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavravun gözlənilmədən Ermənistana səfəri təbii ki, çoxsaylı suallar doğurdu: "Suallar ona görə meydana çıxdı ki, bu gün Rusiya prezidenti Vladimir Putinin komandasında bəlkə üzərinə ən çox məsuliyyət düşən iki şəxs varsa, onlardan biri Sergey Lavrovdur. Nəzərə alsaq ki, hazırkı məqamda Rusiyaya qarşı çox ciddi və kəskinləşməkdə olan beynəlxalq sanksiyalar tədbiq olunur, Suriya ərazisində İŞİD qüvvələrinin terrorçular tərəfindən bombalanması birmənalı qarşılanmır. Rusiyanın xarici işlər nazirini narahat edən bir çox problemlərin olduğu halda Lavrovun Ermənistana gözlənilmədən səfəri haqqında iki versiya üzərində dayanmaq doğru olar. Ya Ermənsitan rəhbərliyi mühüm bir məsələylə bağlı onu dəvət edib, ya da elə bir məsələ ortaya çıxıb ki, bu realllıqda Vladimir Putin özü onu təcili Ermənistana ezam edib. Əks halda onun səfəri haqqında heç bir məlumat yox idi. Sentyabr ayının 1-də Sergey Lavrovun Bakıya səfəri olmuşdu və səfər barədə öncədən məlumatlar var idi. Səfər çərçivəsində çox mühüm danışıqlar aparılmışdı. Amma Ermənistan səfəri fərqli oldu. Bu səfəri şərtləndirən motivlər nədir, nədən səfər reallaşdı bu müəmmalıdır.İlk növbədə düşünürəm ki, bu ilin oktyabr ayında Avropa İttifaqı Şurası, Avropa Komissiyasına səlahiyyət verib ki, Ermənistanla hüquqi müstəvidə yenidən danışıqlara başlasın, çərçivə sazişi imzalamaq üçün danışıqlara getsin.Yəni Avropa İttifaqı Ermənistanla hüquqi müstəvidə yeni əməkdaşlığın əsası qoyulsun. Bu da Rusiyanı narazı salan bir məqamdır. Çünki məhz Rusiyanın təzyiqi ilə Ermənistan Avropa İttifaqı ilə Assosativ sazişlə bağlı sənədi imzalamqdan imtina etmişdi. İndi isə başqa bir müstəvidə Avropa İttifaqı Ermənsitanla yaxınlaşmağı, əməkdaşlığı seçib. Bütün bunlar rəsmi Moskvanı narahat etməyə bilməzdi. Digər bir tərəfdən isə Ermənistanda NATO həftəsi keçirildi və bu da Moskvada sevinclə qarşılanmadı. Səfərdə əsas məqamlardan biri də o ola bilər ki, dekabrın 6-da Ermənistanda konstitusiya islahatı ilə bağlı referendum olacaq və bu nöqteyi nəzərdən bu səfərin müəyyən mənada həmin məqamlarnan da bağlı danışıqların müzakirə aparılacağına dair fikir söyləmək mümkündür".