BAXCP-nin yeni gerbi müzakirəyə çıxarıldı Siyasət

BAXCP-nin yeni gerbi müzakirəyə çıxarıldı

Partiyanın Ali Məclisinin növbəti sessiyası dekabrın 26-da keçiriləcək


Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə olunub.
İclasın gündəliyinə BAXCP-nin yeni gerbinin qəbul edilməsi ilə təklifin müzakirəsi də daxil edilib. Azərbaycan Səfəvilər Dövlətinin gerbinin əsasında BAXCP-nin yeni gerbinin hazırlanması təklifi İdarə Heyətində geniş müzakirələrə səbəb olub. Təklif İdarə Heyətinin üzvləri tərəfindən maraqla qarşılanıb və dəstəklənib. Bununla yanaşı, BAXCP İdarə Heyəti müzakirələrin davam etdirilməsini və məsələnin Ali Məclisini müzakirəsinə təqdim olunmasını məqsədəuyğun sayıb.
Xatırladaq ki, BAXCP-nin Nizamnaməsinə əsasən partiyanın rəmzləri ilə bağlı qərarın verilməsi qurultayın səlahiyyətindədir. Ali Məclis yeni gerblə bağlı təklifi dəstəkləyərsə, o zaman məsələ partiyanın növbəti qurultayında müzakirəyə çıxarılacaq.
İdarə Heyətinin müzakirəsinə çıxarılan mövbəti məsələ BAXCP Ali Məclisinin sessiyasının çağırılması ilə bağlı olub. Partiyanın Nizamnaməsinə və Ali Məclisin reqlamentinə əsasən BAXCP Ali Məclisinin növbəti sessiyasının dekabrın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.