Ermənilərin növbəti şaiyəsi Siyasət

Ermənilərin növbəti şaiyəsi

Ahmet Kenan: "Azərbaycanda Ukrayna ssenarisinin gerçəkləşməsi ehtimalı xəyaldan başqa bir şey deyil"
Arzu Hağıyev: "Belə təhlükəyə heç bir əsas yoxdur"
Son günlər mətbuatda Rusiyanın Ukraynadan sonra Azərbaycana hücum edəcəyi haqqında ehtimallar dolaşmaqdadır. Xüsusilə də bəzi politoloqlar Kremlinin Qarabağ məsələsindən istifadə edib, ölkəmizə qarşı təxribat planlarını işə salacağını qeyd edirlər. Səslənən fikirlər nə qədər həqiqətə uyğundur? Bu və digər suallarla bağlı müraciət etdiyimiz ekspertlərin cavabı maraqlı olub.
"Rusiya tərəfindən Azərbaycana qarşı hansısa hücumun və təzyiqlərin olacağını düşünmürəm".
Bu sözləri BayMedia-ya Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq nazir Ahmet Kenan BayMedia-ya yayılan xəbərləri şərh edərkən deyib. Ahmet Kenan bildirib ki, Azərbaycanda Ukrayna ssenarisinin gerçəkləşməsi ehtimalı xəyaldan başqa bir şey deyil: "Çünki Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı sayğı, bərabər ortaqlıq və yaxşı qonşuluq əlaqələri üzərində qurulub. Əlaqələrin təməlini bu amillər təşkil edir. Azərbaycanın Rusiya ilə ticarət anlaşmaları yanaşı, xüsusilə də enerji məsələsində də əlaqələri yüksək səviyyədədir. Bu gün Azərbaycan və Rusiya arasında qarşılıqlı işbirliyi davam etməkdədir və inkişaf edir. Digər tərəfdən, Azərbaycanın qərblə əlaqələri yüksək səviyyədədir və bu əlaqələrə xüsusi önəm verir. Azərbaycanda bu barədə bir narahatçılığın yaşanmasını istəyən bəzi dairələrə, Azərbaycan xalqı ən gözəl cavabı isə, belə bir narahatçılığın olmadığını göstərərək verməkdədir".
Politoloq Arzu Nağıyev isə bu kimi xəbərlərin yayılmasını təxribat xarakterli hərəkət kimi qiymətləndirir: "Erməni xüsusi xidmət orqanlarının növbəti şaiyəsidir. Bununla yoxlayırlar ki, hansı hazırlıqlar gedir. MDB MN-nin Baş Qərargah rəislərinin Bakıda toplantısında, bu məsələyə qismən də olsun toxunulmayıb. Belə təhlükəyə heç bir əsas yoxdurBelə təhlükəyə heç bir əsas yoxdur. Belə şaiyələrə səbəb isə, məlum olduğu kimi Ukraynada baş verən hadisələrdir".
"Rusiyanın Azərbaycana hücum etmək kimi səsləndirilən fikirlərə münasibət bildirərək demək istərdim ki, bu nə hüquqi baxımdan, nə də son zamanlar regionda baş verən proseslər ərəfəsində ağılasığımazdır. Unutmaq olmaz ki, Rusiyanın cənubi Qafqazda həmişə maraqları olub"
Bu sözləri Azərbaycan Dillər Universiteti rektorunun müşaviri, fəlsəfə doktoru Vazeh Əsgərov deyib.
Vazeh Əsgərova görə, bəzi Rusiya siyasətçilərin dilindən eşitdiyimiz bu fikirlər bir siyasi gedişdir: "Belə ki, Rusiya bu mesajlar ilə öz hərəkətlərinə haqq qazandırır və bu işdə israrlı olduqlarını göstərmək üçün belə fikirləri səsləndirirlər. Bundan əlavə qeyd etməliyəm ki, Azərbaycan nə Gürcüstan, nə də Ukrayna kimi rusları qıcıqlandırmır. Azərbaycan öz müstəqil xarici siyasətini yürüdür və öz qonşuları ilə yüksək münasibtələr qurmağa həmişə hazırdı".
İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli isə hesab edir ki, Ukrayna məsələsi beynəlxalq birliyin gündəmindən çəkilməyənə qədər Rusiya başını Kremldən çıxara bilməyəcək.

Elnur Eltürk