
Tehran-Putin görüşü: Yaxın Şərq müzakirə olundu
23 İyun 17:36
23 İyun 17:36
23 İyun 17:02
23 İyun 16:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə koronavirusla mübarizə istiqamətində əməkdaşlığın formalaşmasında mühüm vasitə oldu.
Bu barədə BMT Baş Assambleyasının sədri Tsaba Körösi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammiti çərçivəsində çıxışında deyib.
Kereşi çıxışında COVID-19 pandemiyasının tarix boyu ən böyük səhiyyə böhranı olduğunu və bunun Bakı şəhərində keçirilən Sammitin əhəmiyyətini şərtləndirdiyini qeyd edib.
O həmçinin xəstəliyə qalib gəlməyin yeganə yolunun ölkələr arasında əməkdaşlıq olduğunu əlavə edib.
Sədr bu kontekstdə Qoşulmama Hərəkatının böyük sayda iştirakçı dövlətləri və geniş coğrafiyası sayəsində qlobal pandemiya ilə mübarizə çərçivəsində mühüm element olduğunu qeyd edib.
Qeyd edək ki, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.