
Tramp: ABŞ İsrail–İran münaqişəsinə müdaxilə edə bilər
15 İyun 18:55
15 İyun 18:55
15 İyun 16:33
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
İclasda yol-nəqliyyat hərəkətləri ilə bağlı 150-dən çox əfv müraciətinə baxılıb. Bununla da iclaslarda baxılan məsələlərin sayı 1150-i ötüb.
Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.