“Taxıl Dəhlizi sazişi ilə bağlı bütün vədlər və öhdəliklər yerinə yetirilməlidir”- Qruşko Siyasət

“Taxıl Dəhlizi sazişi ilə bağlı bütün vədlər və öhdəliklər yerinə yetirilməlidir”- Qruşko

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko paytaxt Moskvada jurnalistlərə açıqlamasında Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında iyulun 22-də İstanbulda imzalanan Taxıl Dəhlizi Sazişinə toxunaraq, bu müqavilənin müddəti martın 18-də bitəcək. O xatırladıb ki, onun uzadılması ilə bağlı dünən qərar verilib. Xalqcəbhəsi.az xarici mediaya istinadən xəbər verir ki, Qruşko, "Müqavilə həqiqətən də uzadılıb. Müqavilənin 60 günə qədər uzadılması razılaşdırıldı. Müqavilənin paket halında olduğu təsdiqləndi. Müqavilə də eyni şərtlərlə uzadıldı",-deyə bilirib.
Sazişin gələcəkdə həyata keçirilməsinin vacibliyini vurğulayan Qruşko deyib: "Proses yavaş-yavaş davam edir. Ən kasıb ölkələrə təmənnasız verməyə hazır olduğumuz gübrələrimiz bir çox ölkələrin limanlarındadır. Süni maneələr yaradılıb. Biz israrla çalışacağıq ki, bütün vədlər və öhdəliklər yerinə yetirilsin".
Ötən il “Şimal axını 1” və 2-ci təbii qaz boru kəmərlərində baş verən partlayışlara toxunan Qruşko partlayışların araşdırılmasında irəliləyiş olmadığını bildirib.
Qruşko, "Rusiyanın iştirakı ilə istintaq aparılmasında israrlı olacağıq. Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında mövzu ilə bağlı qətnamə layihəsi hazırlayır. Bu halda nöqtə qoyulmalı, günahkarlar tapılmalıdır. Onlar cavab verməlidirlər.Biz hadisəyə aydınlıq gətirməyə çalışacağıq”,- deyə urğulayıb.
Gürcüstan və Moldovadakı vəziyyətə də toxunan Qruşko bu ölkələrdəki vəziyyətin onları narahat etdiyini ifadə edərək, "Bunlar Amerikadan uzaq ölkələrdir, amma bizim qonşularımızdır. ABŞ və onun tərəfdaşları sərhədlərimizdə yeni gərginlik nöqtələri yaratmağa və coğrafi səbəblərə görə Rusiya Federasiyasının sərhədlərimizdə yeni gərginlik yaratmasının qarşısını almağa çalışır”,-deyib.

Bu ölkələrdə baş verən hadisələrin Qərb dövlətlərinin müstəmləkəçi yanaşmasını əks etdirdiyini vurğulayan Qruşko, "Qərb ölkələri elə bilirlər ki, yalnız onların nəyisə tətbiq etmək hüququ var. Bu, mütləq müstəmləkəçi yanaşmadır".