XİN: Azərbaycan beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək Siyasət

XİN: Azərbaycan beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək

Azərbaycan beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatında qeyd olunub.

“Ədalətin bərpa olunmasının regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyinə inanan Azərbaycan, öz növbəsində mövcud beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək”, - bəyanatda vurğulanır.