

Türkiyənin Mardin bölgəsində adının açıqlanmasını istəməyən bir şəxs İsrailin hücumlarına məruz qalan fələstinlilərə dəstək olmaq üçün bazar dəyəri təxminən 450 min lirə olan 2008-ci il model avtomobilini Ümid Karvanı Vəqfinə bağışlayıb. Hədiyyə edilən avtomobilin satışından əldə olunan gəlir fələstinlilərə dəstək üçün istifadə olunacaq.
Xalqcebhesi.az “Haber Global”a istinadla bildirir ki, avtomobili təslim alan Mardin Ümid Karvanının sədri Əbdüləziz Önen, avtomobilin satışından əldə olunan gəlirin fələstinlilərə veriləcəyini bildirərək əlavə edib ki, “Həqiqətən bu, bizi çox duyğulandırdı. O, əvvəllər də Qəzzaya çoxlu ianə vermişdi. Bu gün isə öz avtomobilini də hədiyyə edib. İnşallah bu maşını satıb Qəzzaya çatdıracağıq. Vəqfimiz hazırda Qəzzada gündə 3 min insanı qida ilə təmin edir və çadır şəhərciyi qurur. Biz istəyirik ki, bu ianələr davam etsin, xeyriyyəçilərimiz bu məsələyə həssas yanaşsınlar, orda böyük ehtiyac olduğunu bilsinlər”.