Tramp da Ukrayna-Rusiya danışıqları üçün İstanbula gələ bilər Dünya

Tramp da Ukrayna-Rusiya danışıqları üçün İstanbula gələ bilər

Mən bu görüşün təşkil olunmasında çox israr etdim. İstanbul görüşündən yaxşı nəticələr əldə edə bilərik, inanıram ki, hər iki lider orada olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

O, görüşün keçiriləcəyi İstanbul şəhərinə də səfər etməyi düşündüyünü bildirib.

Qeyd edək ki, Putin 15 mayda İstanbulda Ukrayna ilə heç bir ilkin şərt olmadan birbaşa danışıqlar təklif edib. Zelenski isə buna cavab olaraq dərhal atəşk elan edilməsini istəyib və 15 mayda Putinlə şəxsən görüşmək üçün İstanbula gedəcəyini vurğulayıb.