İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub! Dünya

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.

Bəyanata görə, Rusiya öz hərəkətləri ilə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub.

Yaxın həftələrdə İCAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.

Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus Boinq-777təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb.

Bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.