Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S.Əliyev 2008-2016-cı illərdə Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.