İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
11 May 2023 13:59
4 158
“Azərbaycan-Ermənistan sərhədində hazırkı insidentin motivi Rusiyanın ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında keçirilən görüşlərə tərs mütənasib davranmasının nəticəsi kimi başa düşülə bilər.
Çünki Rusiyanın regionda və qlobal siyasətdə mövqeləri zəifləməyə başladıqca, o, tarixi-siyasi miras kimi baxdığı Cənubi Qafqazı öz damı altında saxlamaq üçün müxtəlif variantlara gedir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Akşin Kərimov deyib. O, bildirib ki, hadisənin baş verməsini digər bir fonda - Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya getməsinin izi ilə - şərh etmək də lazımdır: “Düzdür, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında aparılan müzakirələr sülhə bir addım yaxınlaşma əlamətlərini göstərir. Hərçənd ki, görüləsi və geniş diskussiya mövzusu olacaq məsələlər hələ də açılmamış düyün kimi qalır”.
19:06
651
18:54
1 001
18:20
910