Dünyada ən çox mina təhlükəsi ilə üzləşən ölkələrdən biri Azərbaycandır”-politoloq Siyasət

Dünyada ən çox mina təhlükəsi ilə üzləşən ölkələrdən biri Azərbaycandır”-politoloq

“ANAMA və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə Bakıda keçirilən tədbir İkinci Qarabağ müharibəsindən sonra üzləşdiyi mina terrorunun əyani şəkildə iştirakçılar tərəfindən təsbit olunması baxımından çox önəmlidir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural Əliyev deyib. Politoloq diqqətə çatdırıb ki, Qarabağ Ermənistanın işğalı altından olarkən saysız-hesabsız minalar basdırılıb: “Ən təhlükəlisi isə Ermənistanın bunu necə gəldi basdırmasıdır. Heç bir xəritə tətbiq etmədən pərakəndə qaydada milyonlarla mina döşənib. Məqsəd Azərbaycan Qarabağı azad etdikdən sonra belə nəinki hərbçilər, mülki şəxslər mina terrorunun qurbanı olsunlar.
Azərbaycan müharibədən sonra bir neçə dəfə beynəlxalq ictimaiyyətə müraciətlər ünvanlayırdı, bəzi qüvvələr bunu görməzdən gəlməyə çalışırdılar. Əgər hansısa reaksiyalar olsaydı gərək Ermənistan qınanmalı idi, bu səbəbdən bəzi dövlətlər azərbaycanlıların öldürülməsinə biganə yanaşırdılar. Tədbirin Ağdamda da davam etidirilməsi mühümdür, ən çox mina basdırılan rayonlardan biri də Ağdam şəhəri və rayonudur. Digər tərəfdən Azərbaycan Laçın yolunun başlanğıcında beynəlxalq hüquq normalarına əsasən sərhəd keçid məntəqəsi və Ermənistan Azəbaycana dağ cığır yolların aşkar edilərək nəzarətə götürülməsi minaların daşınmasının qarşısını aldı. Azərbaycanı qınayan bəzi güc mərkəzlərin təmsilçiləri də şahidi olsunlar ki, Azərbaycan hansı risklərlə üz-üzə dayanıb. Belə bir forumların, konfransların gələcəkdə də Azərbaycanda keçirilməsi nəzərdə tutulmalıdır, dünyada ən çox mina təhlükəsi ilə üzləşən ölkələrdən biri məhz Azərbaycandır”.

Əli