Prokurorluq Tovuzda mina partlayışı barədə məlumat yayıb Siyasət

Prokurorluq Tovuzda mina partlayışı barədə məlumat yayıb

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.